"Mənə ölümü sevdirdin" - Gülbahar mərhum əri haqda
Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişən həyat yoldaşı Zahiddən yazıb.
Birlikdə fotolarını paylaşan sənətçi bunları qeyd edib:
"Canı yananım, təsəllim, başımın tacı, övladlarımın dayağı, dünyamın işığı, həyatımda yetimliyimi mənə unutduranım, məni özündən çox fikirləşənim, hər zaman nazımı çəkməkdən yorulmadın. Məni bu zirvəyə çatdırdın, gözümün nuru, başımın tacı, gözəl həyat yoldaşı, ata, baba, dost hamımızı yetim qoydun.
Yoxluğuna inanmırıq. Ölümün gözlə qaş arasında olduğunu eşitmişdim, sən demə, o da uzaqmış. Sənin ölümün ondan da yaxın oldu. Yandırıb, bizi kül elədin. Gözümüzün qabağında getdin, heç nə edə bilmədik. Rusifin qucağında gözlərini yumdun. Mənsizliyə köçdün. Yeni mənzilin mübarək olsun, başımın tacı. Mənə ölümü sevdirənim, haqq dünyada görüşərik".(axşam)