Esmeralda

Esmeralda İdman 1-01-2019, 21:46

2018-ci ildə ən çox qol vuran futbolçular bəlli oldu

2018-ci ildə ən çox qol vuran futbolçular bəlli oldu
2018-ci ildə ən çox qol vuran futbolçulardan ibarət üçlük müəyyənləşib.

Loading.az unikal.org-a istinadən xəbər verir ki, birinci yeri Qətərin "Əl-Sədd" klubunda çıxış edən Bağdad Bunejad tutub. Əlcəzairli hücumçu 40 oyunda 59 dəfə fərqlənib. Bu, dünyanın bütün liqaları arasında ən yüksək göstərici olub.

İspaniya "Barselona"sının forvardı Lionel Messi ikinci yerlə kifayətlənib. Argentinalı ulduz 54 oyuna 51 qol vurub. O, Avropanın milli çempionatlarında ən yaxşı bombardir ola bilib.

Üçüncü yerdə isə "Real Madrid"i İtaliya "Yuventus"una dəyişmiş Kriştianu Ronaldu tutub. Portuqaliyalı hücumçu il ərzində iki klubda 53 oyuna 49 qol müəllifi olub.

Qeyd edək ki, Bağdad Bunejad "Əl-Sədd"ə 2015-ci ildə Tunisin "Etual dü Sahel" klubundan 3,5 milyon avroya keçib. 27 yaşlı forvard cari Qətər çempionatnda 13 oyuna 26 qol vurub və 5 məhsuldar ötürmə verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
507 472 416 393 471 456

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.