Esmeralda

Esmeralda Xəbərlər 3-01-2019, 09:27

İngiltərədəki müsəlmanlardan xristianları utandıracaq hərəkət - Ölkə onların əməlindən danışır - FOTO

İngiltərədəki müsəlmanlardan xristianları utandıracaq hərəkət - Ölkə onların əməlindən danışır - FOTO
İngiltərədə yaşayan müsəlmanlar təqdirəlayiq hərəkətləri ilə ölkənin gündəminə gəliblər.

Loading.az xarici mətbuata istinadla xəbər verir ki, 2019-cu ilin yanvar ayının 1-də səhər tezdən küçələrə çıxan müsəlmanlar şəhəri təmizləyiblər.

Əhmədiyyə Müsəlman Gənclər Birliyinin (AMYA) 1000 nəfərə yaxın üzvü Britaniyanın böyük şəhərlərinin mərkəzi küçələrinə yığışaraq yeni il gecəsi günü şəhəri zibilləyənlərin qalıqlarını təmizləyiblər.

Onlar London, Bolton, Qlazo, Kardif, Kroydon və başqa şəhərlərində təmizlik işləri aparıblar.

Müsəlmanlar yerə atılan sellofan pakteləri, şampan qapaqlarını, butulkalarını, və başqa qalıqları yığaraq zibil qablarına atıblar.

"İslam dini hər bir müsəlmanı bir-birinə yardım etməyə, xeyirxahlığa və təmizliyə çağırır", - deyə AMYA nümayəndəsi bildirib.

Qeyd edək ki, 2018-ci ildə AMYA üzvləri Britaniyada 20 mindən çox ağac əkiblər.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
484 496 495 460 496 482

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.