avara

avara Xəbərlər / İdman 4-01-2019, 10:39

"Fənərbağça"nın oyunçusu "Neftçi"də

"Fənərbağça"nın oyunçusu "Neftçi"də
Loading.az-in klubun saytına istinadən verdiyi məlumata görə, gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandamızın heyətində 33 nömrəli formanı geyinəcək.

"Əlincə”nin yetirməsi olan Turan Vəlizadə "Qarabağ”ın və Türkiyənin "Fənərbağça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, U-19 yığmamızın üzvüdür.

Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanmışdı.


Redakte etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
467 438 392 453 518 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.