avara

avara Xəbərlər 4-01-2019, 14:40

Teymur Abdullayevə yeni vəzifə verildi

Teymur Abdullayevə yeni vəzifə verildi
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti, eləcə də qurumun dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb.

Loading.az “Report”a istinadən xəbər verir ki, mərkəzə rəhbərlik Teymur Abdullayevə həvalə edilib.

İndiyə qədər İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə “Azərenerji”dən ayrılıb.

Qeyd edək ki, T.Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin Mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş şöbəsinin rəis müavini vəzifəsində çalışıb.


Redakte etdi - Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
480 452 438 394 468 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.