Esmeralda

Esmeralda Xəbərlər 4-01-2019, 10:46

3 gündür "yoxa çıxan" tələbə qızlar kirayə qaldıqları evdə ölü tapıldılar -

3 gündür "yoxa çıxan" tələbə qızlar kirayə qaldıqları evdə ölü tapıldılar -
Ukraynanın Xarkov şəhərində iki tələbə türk qızı yaşadıqları evdə ölü tapılıblar.

Loading.az milli.az-a istinadən xəbər verir ki, 3 gündür onlardan xəbər ala bilməyən bir rəfiqələrinin səhər saatlarında polisə gedərək vəziyyəti bildirməsindən sonra polis tələbələrin yaşadığı evə gedib. Kirayə qaldıqları mənzildə qızların cansız bədənləri ilə qarşılaşan səlahiyyətlilər "isti izlər"lə apardıqları araşdırma zamanı qızların öldürüldüyünü müəyyən ediblər.

Tələbələrin Xarkov Universitetində oxuduqları məlum olub.

Öldürülən qızlardan biri keçmiş sevgilisi tərəfindən təhdid edilirmiş.

Ukrayna mətbuatında yer alan xəbərlərə görə, həyatını itirən tələbələrdən biri olaydan qısa zaman öncə ailəsinə türk vətəndaşı olan keçmiş sevgilisinin onu təhdid etdiyini deyib.

Cəsədlərin tapıldığı mənzilin sahibi və qətlə yetirilən gənc qızlardan birinin keçmiş sevgilisi olduğu bildirilən türk vətəndaşının da polis tərəfindən sorğuya alındığı bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
375 401 367 397 376 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.