Esmeralda

Esmeralda İdman 4-01-2019, 10:49

Məşhur futbolçu həbs edildi

Məşhur futbolçu həbs edildi
Futbol üzrə Danimarka yığmasının üzvü Niklas Bendtner taksi sürücüsünü döydüyü üçün 50 günlük həbs cəzası alıb.

Loading.az komanda.az-a istinadən xəbər verir ki, məhkəmə qarşısına çıxarılan futbolçu bu cəzasını ev şəraitində çəkəcək. Belə ki, Bendtnerə bu 50 gün ərzində evdən çıxmağa qadağa qoyulub. Bunun üçün hətta onun ayağına xüsusi izləyici bağlanılıb.

Karyerasını Norveçin "Rusenborq" klubunda davam etdirən 30 yaşlı futbolçu əvvəllər "Arsenal", "Yuventus" və "Volfsburq" kimi Avropanın aparıcı klublarında forma geyinib. Lakin bu cəza səbəbindən o, qarşıdakı 50 gün ərzində komandasının məşqlərində də iştirak edə bilməyəcək.

Bendtner, Danimarka milli komandasında 81 oyuna çıxıb, 30 qola imza atıb

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
583 570 473 500 494 553

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.