Esmeralda

Esmeralda Xəbərlər 6-01-2019, 14:10

Polisə "yıxılmışam" dedi, xəstəxanada bəlli oldu ki... - Mərdəkanda OLAY

Polisə "yıxılmışam" dedi, xəstəxanada bəlli oldu ki... - Mərdəkanda OLAY
Qarnından bıçaqlanan və polisə yıxıldığını deyən şəxsin yalan danışdığı üzə çıxıb.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 1-də qarnından kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilən şəxs polisə sadəcə yıxıldığını deyib. Onun Mərdəkan qəsəbəsiondə yerləşən “Abşeron” sanatoriyasında yaşayan 1983-cü il təvəllüdlü Xəlilov İlham Bayram oğlu olduğu məlum olub.

Xəzər RPİ-nin əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, onu həmin sanatoriyada yaşayan 1969-cu il təvəllüdlü Nəzəri Pərviz Soltan oğlu bıçaqlayıb. Onlar sanatoriyada yerləşən kafedə mübahisə ediblər və Pərviz İlhamı bıçaqla vurub.

Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 405 429 357 394 373

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.