Mələy0001

Mələy0001 Şeirlər 8-01-2019, 19:03

Çağırın məni

Çağırın məni



Dostlar, qapınızı şər tanımasın,
Hər gün xeyir işə çagırın məni.
Gözünüz görməsin kədər yaşını,
Gülüşə-gülüşə çağırın məni.

Çoxda qanadsızam uçub gələrəm.
Sevinci şadlığı qucub gələrəm,
İcazəm olmasa qaçıb gələrəm.
Həmişə, həmişə çağırın məni.

Sizin qanınız var bu qaynar qanda
Sizsiz nəyə lazım Bəhmən cahanda
Ana vətənimiz, Azərbaycanda,
Olsa hansı guşə çağırın məni.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
713 628 629 612 729 617

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.