reklam
Bilinməz Bilinməz https://sun.az/uploads/posts/2019-01/thumbs/1546959946_8249e96b67ff2c6d57671b7e4c4bdcce.jpg
Mələy0001

Mələy0001 Şəkillər 9-01-2019, 11:09

Bilinməz





Mənim darıxmağım sənə bənzəyir
Vədəsi bilinməz vaxtı bilinməz
Sənin günahın yox ürəyim deyir
Yetimin əzəldən bəxti bilinməz

Günahmı elədim sevirəm dedim
Xətrinə dəyəcək mən nə dedim ki
Yox idin o zaman mən mənim idim
İndi mən səninəm mən nə edim ki

Sən hələ bilmirsən alışmaq nədi
Tüstünü gözündən yaş etmək necə
Sevərək hicranla barışmaq nədi
Ət olan urəyi daş etmək necə

Bəzən sevənin də üzü qaradır
Həsrətin önündə əli yalındı
Bəzən möcüzəni sevgi yaradır
Bəzən də həsrətin səddi qalındı

Mənim darıxmağım sənə bənzəyir
Vədəsi bilinməz vaxtı bilinməz
Sənin günahın yox ürəyim deyir
Yetimin əzəldən bəxti bilinməz

Yetim Qacar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
314 319 325 297 296 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.