Tanrımın qələmi hey qara yazır.
Tanrımın qələmi hey qara yazır.
Tanrımın qələmi hey qara yazır,
Ömrümə yazılmış baxtın rəngini.
Saatda yazarmış ömürdən gedən,
Qara rəqəmlərlə,vaxtın rəngini.
Dönüb keçmişimə baxmaq istədim,
Ha baxdım görmədim bir ağ günümü,
lap başdan yazırmış səssiz səmirsiz.
Bir qara qələmlə,varağ günümü.
Yoxdurmu Tanrının başqa qələmi,?
Dəyişə ömrümün barı rəngini.
Yaza qismətimə yaza bəxtimə,
Qırmızı rəngini sarı rəngini.
Rauf Rüstəmov......
Tanrımın qələmi hey qara yazır,
Ömrümə yazılmış baxtın rəngini.
Saatda yazarmış ömürdən gedən,
Qara rəqəmlərlə,vaxtın rəngini.
Dönüb keçmişimə baxmaq istədim,
Ha baxdım görmədim bir ağ günümü,
lap başdan yazırmış səssiz səmirsiz.
Bir qara qələmlə,varağ günümü.
Yoxdurmu Tanrının başqa qələmi,?
Dəyişə ömrümün barı rəngini.
Yaza qismətimə yaza bəxtimə,
Qırmızı rəngini sarı rəngini.
Rauf Rüstəmov......






