1 dəfə görüşdüyü adama 159 min mesaj atdı

1 dəfə görüşdüyü adama 159 min mesaj atdı
Amerikanın Arizona əyalətində yaşayan Jacqueline Ades adı açıqlanmayan adamla ötən yay bir tanışlıq saytı vasitəsilə tanış olublar.

Loading.Az xarici mediaya istinadla bildirir ki, 33 yaşlı qadın bir dəriyə qulluq şirkətində rəhbər olduğu bildirilən adamla cəmi 1 dəfə görüşüb.Daha sonra qadın adama ard-arda 159 min mesaj göndərərək ona hədə-qorxu gəlməyə başlayıb.
Adamın polisə şikayət etməsi ilə qadın hədə-qorxu və məhkəmədə iştirak etməmə səbəbləri ilə 8 mayda həbs olunub.

Adesin mesajları arasında “qanınla yuyunacam”, “Böyrəklərindən suşi hazırlayacam” kimi hədə-qorxular var idi. Bütün bunlarla kifayətlənməyən qadın adamın evinə xəbərsiz girərək çimib və iş yerinə gedərək özünü onun “həyat yoldaşı” kimi təqdim edib.

Qadın bu mesajların zarafat məqsədilə yazıldığını deyərək özünü müdafiə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
286 334 326 280 299 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.