Esmeralda

Esmeralda Xəbərlər 10-01-2019, 10:26

10 yaşlı qızın ürəkparçalayan intihar məktubu tapıldı - FOTO

10 yaşlı qızın ürəkparçalayan intihar məktubu tapıldı - FOTO
Mən doğulduğum gündən anamın həyatını məhv etmişəm.

10 yaşlı qız intihar məktubu yazaraq özünü öldürüb.

Loading.az milli.az-a istinaden xəbər verir ki, atası evi tərk etdikdən sonra özünü anasına "yük" kimi görən azyaşlı intihar edib.

Adı açıqlanmayan qız yanvar ayının 6-da axşam saat 10-da özünü asıb.

Tibbi ekspertizanın rəyinə görə onun ölüm səbəbi intihardır. O, asılı qaldığı üçün boğularaq ölüb.

Hadisə Meksikanın Mexiko şəhərində bayram günündə baş verib. "El Dia de Reyes" adlanan bayrama görə insanlar bir-birinə hədiyyə verirlərmiş. Qız da anasını dünyanın ən xoşbəxt qadını etmək üçün yoxluğunu "hədiyyə verib".

"Tanrım, səndən tək istəyim yoxluğumda anamı dünyanın ən xoşbəxt qadını etməndir. Mən doğulduğum gündən anamın həyatını məhv etmişəm. Mənə görə atam evi tərk edib. Ümid edirəm ki, məni unutmayacaqsan, ana", - intihar məktubunda yazılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
386 353 303 374 370 365

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.