AzizA

AzizA Xəbərlər / İdman 11-01-2019, 16:26

"Qəbələ" transferi açıqladı - Gürcüstanlı hücumçu "qırmızı-qaralar"da

"Qəbələ" transferi açıqladı - Gürcüstanlı hücumçu "qırmızı-qaralar"da
2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən "Qəbələ" qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

"Qırmızı-qaralar" gürcüstanlı futbolçu Davit Volkovini heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.


Son klubu "Saburtalo" olan Volkovi 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda "Qaqra" (2012-2013), Tbilisi "Dinamo"su (2013-2016), həmçinin icarə əsasında oynadığı "Dinamo-2" (2013-2015), "Çixura" (2016) və "Sioni"də (2016) çıxış edib. Davit 2017-ci ildə Serbiyanın "Zemun" klubunda legioner həyatı yaşayıb.

Xatırladaq ki, "Qəbələ" bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 316 343 314 310 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.