AzizA

AzizA Məşhurlar 14-01-2019, 12:40

“Mən "diva" yox, kraliçayam” - Səmra

“Mən "diva" yox, kraliçayam” - Səmra
Müğənni Səmra Rəhimli sosial şəbəkədə müzakirələrə səbəb olacaq status yazıb.

Gənc ifaçı İnstaqram-ın "Sual-Cavab" funskiyasından istifadə edərək izləyicilərinin suallarına münasibət bildirib.

Səmra son zamanlar gündəmdən düşməyən "diva" qalmaqalına də toxunub. Səmra həmkarı Samir Bağırovun onun barədə "Diva! Hazır ol əzizim, bu titul sənin olacaq" yazdığı şərhlə bağlı verilən suala belə cavab verib: "Mən "diva" olmaq istəmirəm. Pərəstişkarlarım mənə "Queen Samra" ( Kraliça Səmra) deyir. Mən elə "queen" qalmaq istəyirəm".

Qeyd edək ki, S.Bağırov Səmranı "diva" adlandırdığı üçün sosial şəbəkələrdə tənqid olunmuşdu. İstifadəçilər Bağırovun dostluq etdiyi, hazırda "diva" statuslu xalq artisti Aygün Kazımovanı gənc ifaçıya dəyişdiyini iddia etmişdilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
599 617 644 667 573 635

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.