AzizA

AzizA Texnologiya 16-01-2019, 12:35

Smartfonların istehsalı 2013-cü ilin səviyyəsinə enəcək

Smartfonların istehsalı 2013-cü ilin səviyyəsinə enəcək
"Apple" - 2018-ci ilin sonunda öz qurğularına tələbatın azalması ilə üzləşmiş yeganə şirkət deyil. "Business Insider" nəşri yazır ki, yeni statistikaya görə, indi istehsalçılara istehlakçıları köhnə smartfonlarını yenisi ilə əvəz etməyə inandırmaq daha çətindir.

"Credit Suisse" bankı smartfon bazarında cari vəziyyəti qiymətləndirərək yaxın gələcəklə bağlı proqnoz verib. Analitiklərin proqnozu ürəkaçan deyil: hazırda smartfon bazarı eniş dövrünü yaşayır.

"Credit Suisse" bankının araşdırmasına görə, 2017-ci ilin son 3 ayı ilə müqayisədə 2018-ci ilin müvafiq dövründə smartfonların satış həcmi 3 faiz azalaraq 357 milyon təşkil edəcək. Amma 2019-cu ilin birinci rübündə smartfon bazarının həcmi 19 faiz azalaraq 289 milyon olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
627 561 600 509 574 562

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.