Esmeralda

Esmeralda İdman 19-01-2019, 15:57

İtaliyada oyunlar dayandırıla bilər - İrqçiliyə görə

İtaliyada oyunlar dayandırıla bilər - İrqçiliyə görə
İtaliya Futbol Federasiyası daxili yarışlarda irqçiliyin qarşısını almaq üçün yeni tədbirlər hazırlayıb.

Loading.az qol.az-a istinadən xəbər verir ki, qurumun prezidenti Qabriele Qravina mətbuata açıqlamasında bu cür hallarda oyunun dayandırıla biləcəyini bildirib. Ancaq o, bunun qaydalar çərçivəsində ediləcəyini söyləyib:

"Ötən həftə Matteo Salvini (Daxili İşlər Naziri) bununla bağlı öz təklifini irəli sürüb. Nazirin fikirlərinə hörmət edirəm, amma federasiya FİFA və UEFA-nın reqlamentinə riayət etməlidir. İcraiyyə Komitəsinin növbəti iclasında oyunların dayandırılması qaydalarını sadələşdirəcəyik. Oyun vaxtı irqçi şüarlar səsləndirilərsə, stadion diktorunun anonsundan sonra qarşılaşma müvəqqəti olaraq dayandırılacaq və komandalar meydanın mərkəzinə gələcəklər. Əgər bu hal davam edərsə, futbolçular paltardəyişmə otağına yollanacaqlar. Bundan sonra oyunun davam etdirilib-etdirilməyəcəyinə stadionun təhlükəsizlik xidməti qərar verəcək".

Qeyd edək ki, bu mövsüm İtaliyada qara dərili futbolçulara qarşı irqçilik hadisələri artıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
475 505 376 393 429 467

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.