Mələy0001

Mələy0001 Xəbərlər 19-01-2019, 16:10

Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Loading.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı istisna olunmur".

Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək: "Bakıda şimal qərb küləyi əsəcək, gündüz cənub şərq küləyi ilə əvəz olunacaq. Rayonlarda da qərb küləyi əsəcək, ayın 21-i arabir güclənəcək".



Direktor qeyd edib ki, Bakıda 6-9, Mərkəzi Aranda 7-10, dağlıq ərazilərdə 0-5 dərəcə isti olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
423 470 394 372 465 429

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.