Esmeralda

Esmeralda özünü 😔 qəmli hiss edir. Xəbərlər 23-01-2019, 09:51

Xərçəng xəstəsi olan gənc qadın körpəsi üçün canından keçdi /FOTOLAR

Xərçəng xəstəsi olan gənc qadın körpəsi üçün canından keçdi /FOTOLAR
18 Brianna Ravlings adlı gənc qadın 17 həftəlik hamiləykən xərçəng xəstəsi olduğunu öyrənib.

Həkimlər gənc qadına müalicə olunması üçün hamiləliyinin sonlandırılmasının vacib olduğunu bildirib. Lakin körpəsinin ölümünə razı olmayan gənc ana bu təklifi rədd edib.
Yüksək hərarət və şiddətli ağrılarla mübarizə aparmaq məcburiyyətində qalan Ravlingsdən körpəsinə infeksiya keçib və körpə 3 ay erkən doğulub.

Kyden adı verilən körpə sadəcə 12 gün yaşaya bilib. Ravlings bu 12 günün həyatının ən gözəl günləri olduğunu bildirib. Amma Ravlingsin də vəziyyəti getdikcə pisləşməyə başlayıb.

Gənc qadının müalicəsi üçün lazım olan dərmanın qiyməti 3 min dollar idi. Dərmanın alınması üçün yardımsevər insanlar öz aralarında pul toplayıb. Amma gənc qadın xərçəngə yenilib və həyatını itirib.

mənbə: metbuat



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
514 482 459 433 441 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.