Esmeralda

Esmeralda İdman 23-01-2019, 10:04

"Evdə 3 "Qızıl top"um var" - Hazard

"Evdə 3 "Qızıl top"um var" - Hazard
Belçika millisinin və "Çelsi"nin vingeri Eden Hazard, oyunu, "qızıl top" hədəfləri, Lionel Messi və Kriştianu Ronaldu ilə müqayisə olunması haqqında açıqlama verib.

Loading.az komanda.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "qızıl top"u qazanmağı hədəfləmədiyini deyib:

"Bu mövsümü 30 qol, 20 məhsuldar ötürmə ilə bitirsəm, hər kəs "bu, möhtəşəmdir" deyəcək. Hətta bütün oyunlarda məğlub olsaq da. Amma mənim istədiyim bu deyil. Statistikalar mənim vecimə də deyil.

"Qızıl top"u qazanmağı hədəfləyirəmmi? Qətiyyən. Onsuz da, evdə 3 "qızıl top"um var. Uşaqlarım mənim üçün ən gözəl mükafatdır".

Belçikalı futbolçu Messi və Ronaldu ilə müqayisə oluna bilməyəcəyini deyib:

"Dünya çempionatındakı oyunumla məşhurluğumun artdığını düşünürəm, insanların gözündə böyüdüyümü hiss edirəm. Ancaq bir anda buludların üstünə çıxmağımıza ehtiyac yoxdur. Son illərdə onların bacardıqlarını düşünsək, müqayisə olunmağım mümkün deyil".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
501 571 500 539 459 514

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.