Esmeralda

Esmeralda Xəbərlər 25-01-2019, 14:27

"Azərenerji"dən kütləvi ixtisarlarla bağlı AÇIQLAMA

"Azərenerji"dən kütləvi ixtisarlarla bağlı AÇIQLAMA
"Azərenerji" ASC xəbər saytlarında Səhmdar Cəmiyyətdə kütləvi ixtisarların aparılması və bunun qanunsuz olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Loading.az ın məlumatına görə, "Azərenerji"nin Mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev bildirib ki, əslində ötən ilin iyul ayında Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra yaradılan Dövlət Komissiyasının yekun rəyinə əsasən bu müəssisədəki mühafizə postlarından 3-ü ləğv edilərək nəzarətin həyata keçirilməsi mühafizə polisinə həvalə edilib.

Onun sözlərinə görə, eyni zamanda hazırda stansiyada perimetr boyu ağıllı kamera və hasarlama işinə başlanılıb. "Mingəçevir" Su Elektrik Stansiyasının 2 hissəsini və Mingəçevir Su Anbarını, o cümlədən "Varvara" Su Elektrik Stansiyasını Fövqəladə Hallar Nazirliyi qoruduğu üçün daxildə eyni işi görən mühafizə dəstəsini ən azı ixtisar etməyə ehtiyac var idi: "Bütün bunlara görə də, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bir hissə mühafizəçi ştatı ixtisar edilib. Eyni zamanda, ixtisara düşən mühafizəçilərə stansiyalarda müvafiq işlər təklif edilib və onların əksəriyyəti bununla razılaşıblar. Ötən ilin iyulunda baş verən hadisələrdən əvvəl stansiyaların ərazisini mühafizəçilər müşahidə edirdi. İndi isə bütün hər yerdə olduğu kimi, "Azərenerji" ASC-də də ağıllı kamera sistemi qurulur. "Azərbaycan" İES başda olmaqla elektrik stansiyaları strateji obyektlərdir və onların mühafizəsi olduqca mühüm məsələdir. Bu səbəbdən də müasir texnologiyalar əsasında mühafizə və müşahidə sistemini təşkil etmək, mühafizə dəstələrini optimallaşdırıb daha çevik formaya gətirmək günün tələbidir".

T. Abdullayev deyib ki, "Azərenerji" ASC-nin mərkəzi aparatında təmir işlərinin aparılması ilə bağlı mətbuatda yayılan məlumatlara gəldikdə isə təmir mərkəzi aparatda deyil, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda aparılır: "Sovet dövründə tikilən və yararsız hala düşən bu binada nəinki elmi fəaliyyət, heç normal iş şəraiti mövcud deyil. Bu səbəbdən də institutda təmir işlərinə başlanılıb və yaxın zamanlarda həmin bina müasir standartlara uyğun səviyyəyə gətiriləcək".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
472 490 381 375 513 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.