“Qalatasaray”ın əfsanəvi qapıçısı vəfat etdi


Türk futbolunun və "Qalatasaray"ın əfsanə adlarından olan Turgay Şeren , 7 iyul İstanbulda həyata gözlərini yumdu ... Şeren, uzun müddətdir xəstəlik səbəbiylə müalicə alırdı. Bir müddət texniki direktorluq , idman yazıçılığı və futbol aparıcılığı da edən eyni zamanda son zamanlarda xəstəliyi üzündən yeriyə bilməyən Şeren 7 iyul səhər saatlarında vəfat etdi. Futbolçuluq karyerasının hamısını "Qalatasaray"da keçirən Turgay Şeren 1951-ci ildə Berlində oynanan Qərbi Almaniya-Türkiyə qarşılaşmasında etdiyi qurtarışlar nəticəsində "Berlin Panteri" ləqəbi almışdı.