Esmeralda

Esmeralda İdman 2-02-2019, 11:50

"Yuventus"dan "Real Madrid"in müdafiəçisi üçün 45 milyon avroluq təklif

"Yuventus"dan "Real Madrid"in müdafiəçisi üçün 45 milyon avroluq təklif
İtaliyanın "Yuventus" klubu İspaniyanın "Real Madrid" komandasının futbolçusu Marselonu heyətinə qatmaq istəyir.

Loading.az Report-a istinadən xəbər verir ki, Turin təmsilçisi 31 yaşlı cinah müdafiəçisi üçün 45 milyon avro təklif etmək niyyətindədir. İtaliya klubu braziliyalı oyunçuya isə illik 12 milyon avro təklif etməyə hazırdır.

Bu transferin reallaşacağı təqdirdə, "Yuventus" futbolçusu Aleks Sandronu Avropanın aparıcı klublarından birinə satacaq.

Qeyd edək ki, daha öncə Kriştianu Ronaldunun Marselonu "Yuventus"a keçməyə razı salmağa çalışdığı bildirilib. Müdafiəçi isə klub rəhbərliyindən transferə çıxarılmasını istəyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
572 630 545 497 560 525

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.