Esmeralda

Esmeralda Texnologiya 4-02-2019, 19:30

Yeni alqoritm səslə nasazlığı tapır

Yeni alqoritm səslə nasazlığı tapır
İsrailli mühəndislər səs vasitəsilə texnikanın nasazlığını müəyyənləşdirmək ideyası barədə düşünüblər.

Loading.az ICTnews-a istinadən bildirir ki, onlar mikrofonun əvəzinə vibrasiya, temperatur və maqnit dəyişikliklərinə həssas olan simsiz sensorlardan istifadə etməyə qərar veriblər. Sözügedən sensorları sənaye soyuducularına və ya qızdırıcılara, həmçinin istənilən qurğuya quraşdırmaq olar.

Səs yazısı bulud sisteminə translyasiya edilir və orada süni intellekt alqoritmi tərəfindən emal edilir. Bundan sonra süni intellekt həmin səsi başqa səslərlə müqayisə edərək texnikanın vəziyyəti haqqında proqnoz verir.

Mühəndislər iddia edirlər ki, "Augury" süni intellekti texnikanın sıradan çıxması hallarının sayını 75% azaldır, işləmə müddətini 45% yüksəldir və xidmət haqqını 33% azaldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
494 490 510 458 478 527

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.