Esmeralda

Esmeralda Texnologiya 21-02-2019, 09:04

Energizer smartfonu ayın sonu təqdim olunacaq

Energizer smartfonu ayın sonu təqdim olunacaq
Energizer brendi altında smartfon istehsalı ilə məşğul olan Avenir Telecom şirkəti bu ayın sonunda keçiriləcək MWC 2019 sərgisi çərçivəsində 26 ədəd smartfon modeli təqdim edəcək. Təqdimatın əsas diqqəti isə 18000 mAh enerji tutumlu batareyaya sahib Energizer Power Max P18K Pop smartfonuna ayrılacaq. İndi isə şirkət sözügedən smartfonun hansı özəlliklərə sahib olacağı barəsində məlumatlar verib.

Loading.az technote.az-a istinadən bildirir ki, smartfon 1080x2340 piksel keyfiyyətli 6.2 düym Full HD+ ekran, MediaTek Helio P70 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12 MP + 5 MP + 2 MP üçlü arxa kamera və 16 MP + 2 MP ikili ön kamera ilə təchiz olunacaq. Maraqlısı ondadır ki, smartfonun ön kamerası gövdəyə inteqrasiya ediləcək və lazımi vaxtda smartfonun yuxarı hissəsindən xaricə çıxacaq.

Təbii ki, smartfonun 18000 mAh enerji tutumlu batareyasından danışmamaq günah olardı. Bu cür batareya həcminə sahib olacaq Energizer Power Max P18K Pop smartfonu 90 saat ərzində fasiləsiz danışığı, 100 saat fasiləsiz musiqi dinləməni, bir neçə gün ərzində video izləməni və 50 gün ərzində avtonom rejimdə çalışmanı təmin edəcək. Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon MWC 2019 sərgisində təqdim olunsa da, iyun ayında satışa çıxacaq. Smartfonun qiyməti barəsində məlumat hələki yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 567 450 402 535 490

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.