Gülyanaq atasının 40-ı çıxmamış oxudu" - Könül Xasıyeva

Gülyanaq atasının 40-ı çıxmamış oxudu" - Könül Xasıyeva
“Mətanət Əsədovanın ad günündə əlimə pul verilməsini tənqid edənlər adət-ənənələrimizdən xəbərsizdirlər”.

Loading.az xəbər verir ki, bu sözləri Kult.az-a xalq artisti Könül Xasıyeva Mətanət Əsədovanın ad günündə şabaş yığmasına görə onu tənqid edənlərə münasibət bildirərkən deyib.

Müğənni şabaş yığmağın təbii hal olduğunu bildirib:

“Başa düşmürəm, xanəndə oxuyanda nə verməlidirlər ki?! Pul verirlər də. Nə istəyirlər, qoy desinlər. Xanəndə oxuyanda şabaş verərlər”.

Müğənni atasının 40 mərasimi çıxmamış ad günü məclisində oxumasına etiraz edənlərə isə belə cavab verib:

“Gülyanaq xanım atasının 40-ı çıxmamış mənim yubiley gecəmdə oxudu. Biz göbək açıb, rəqs etmədik ki! Muğamımızı oxuyub getdik. Bu bizim işimizdir”.

Qeyd edək ki, müğənni Mətanət Əsədovanın ad günündə oxuyan xalq artisti Könül Xasıyeva sosial şəbəkələrdə sərt tənqid olunur. Onun mərhum atasının 40 mərasimi keçməmiş oxuması və məclis iştirakçılarının verdiyi şabaşı qəbul etməsi birmənalı qarşılanmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
480 531 464 500 534 434

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.