fidann

fidann Texnologiya 8-03-2019, 12:13

Cib skaneri məhsulların təzəliyini müəyyənləşdirməyə imkan verəcək

Cib skaneri məhsulların təzəliyini müəyyənləşdirməyə imkan verəcək
Fraunhofer Cəmiyyətinin mühəndisləri tərəfindən yaradılmış cib skaneri infraqırmızı şüalanmanın köməyi ilə anında məhsulların təzəliyini yoxlamağa imkan verəcək. Yeni texnologiya insanlar tərəfindən gündəlik zibilə atılan qida məhsullarının həcmini azaltmağa imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “LOADİNG AZ” saytına istinadən yazır ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Assosiasiyasının məlumatına görə, dünyada istehsal olunan qida məhsullarının 33%-i atılır. Bu, il ərzində təxminən 1,3 milyard ton deməkdir. İnkişaf etmiş ölkələrdə, zibilə atılmış qida məhsullarının daşınması üzrə illik xərclərin həcmi 680 milyard dollar təşkil edir.


İnsanların qida məhsullarını zibilliyə atmasının səbəblərindən biri onların təzə olmasına şübhədir. Əsasını yüksək dəqiqlikli yaxın infra-qırmızı datçik təşkil edən yeni sensor bu problemi qismən həll edəcək. Qidanın üzərinə infraqırmızı şüa düşür və əks olunan işıq infraqırmızı spektr üzrə ölçülür. Qidanın udma spektrini məşhur nümunə ilə müqayisə edən qurğu qidanın təzə olub-olmamasını müəyyənləşdirə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
458 425 512 412 483 448

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.