Ümidli gözəl

Ümidli gözəl özünü 😟 tənha hiss edir. Sevgi 11-03-2019, 00:38

Yazı insanıyam mәn

Yazı insanıyam mәn
Yazı insanıyam mәn. Kәlimәlәrim yazarkәn danışar. Danışmaq da
düşmür heç mәnә. Heç düşmәyәcәk bәlkә dә.
Sәsim necә çatdırsın içimdәki buruqluqları? Gülüşlәri saxta insanlara
satıldım mәn, uşaqlıqdan da atam susmağı öyrәtdi mәnә. Heç dә icazә
verilmәdi bu günә qәdәr danışmağım. Hәr danışanda ayrı bir günaha
girirәm mәn. Necә danışım?
Necә deyim sizә axı, baxın, mәnim canımı aldılar mәndәn, baxın, mәn
dә sevdim. Yox, mәhәbbәti demirәm. Ailәmi sevdim mәn, dostlarımı
sevdim, tәbiәti sevdim, havanı sevdim, sәmanı sevdim.
Çox sevdim. Çox şeyi sevdim.
Hamısı da xәbәrsiz. Sevgi necә anladılar , başa salınar bilmirәm mәn.
Danışarkәn mәnasızlığım da bundandır, inanın.
İçimdәkilәrdәn, beynimdәkilәrdәn deyil danışanda dediyim o boş
kәlimәlәr. Çoxluqdandır. İçimdәki çoxluqlar.
Necә danışım mәn? Necә?! Çoxluğun içindә batıram mәn, İlahi! Necә
danışım?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
650 689 630 643 717 584

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.