amon

amon Şeirlər 20-07-2016, 00:31

Qayıtmayacam

Qayıtmayacam
Qayıtmayacam

Mən səni bir daha görməyəcəyəm,
Yəqin ki, bilirsən çıxıb gedirəm,
Bu da o deməkdir bura qədərmiş,
Həsrətin qəlbimə sıxıb gedirəm.

Mən səni bir daha görməyəcəyəm,
Bir də baxmayacaq gözüm gözünə,
Əllərin əlimdən uzaq düşəcək
Deyərkən, inanam gərək özümə.

Mən səni bir daha görməyəcəyəm,
Necə ki, görmürəm xeyli zamandır,
Ayrılıq sözündən qorxsam da fəqət,
Bilməzdim ayrılıq belə yamandır.

Mən səni bir daha görməyəcəyəm,
Bu dəfə itirdim səni əbədi,
Mən səni bir daha görməyəcəyəm
Demişkən, günahım görən nədədi?


Neylədim yenə də günahkar oldum?
Bu gün günahsızam yaxşı bilirsən,
Amma yox, nə dedin onu demədim?
Yəqin ki, belədir, sən düz deyirsən.

Yenə də doğrusan, düzsən, şəkərim,
Yenə də haqlisan mənim bir dənəm,
Mən sənə heç zaman layiq olmadım,
Səndə nə təqsir var, günahkar mənəm.

Günahkar özüməm cəzamsa təklik,
İndi tək gəzirəm sənli eşıkdə,
Xəyalən doğulan körpəmizi də,
Özüm öz əlimlə boğdum beşikdə.

İlahi, neylədim, mən nə iş tutdum?
Yəni mən özümü bir an unutdum?
Sevginin yaninda yağış nə idi
Nisbətdə, gün kimi onu qurutdum.


Özüm məhv eylədim öz həyatımı,
İndi mən özüm də özümə yadam,
Bu da o deməkdir özüm deyiləm,
Bəs onda mən kiməm, üçüncü adam?

Nə bilim, bəlkə də belədir adım,
Bəlkə də bu cürə xatırlanacam
Bilmirəm, bildiyim bir şey var o da,
Gedirəm, bir daha qayıtmayacam.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
611 616 613 664 678 633

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.