Ehmedzade

Ehmedzade Aforizm 14-03-2019, 17:31

Fevral Gecəsi.(1)

Fevral Gecəsi.(1)
CE0000]

O kirpiklərini elə qaldırırdı,elə bil qədim bir kitabın ağır səhifəsini açır və o kirpiklər Təhminənin sifətinin tən yarısına kölgə salırdı. Bir dəfə Zaur içmişdi, dedi ki, kirpiklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir səhifə açılır...

Anar "Beşmərtəbəli evin altıncı mərtəbəsi"

Fevral Gecəsi.(1)

Bilirsən, Vanya, mən bu qərara gəldim ki, onu mən özümə tay bir adam kimi sevməmişəm, adətən, qadın kişini sevən kimi sevməmişəm, Mən onu... demək olar ki, bir ana kimi sevmişəm. Mənə hətta elə gəlir ki, dünyada heç elə bir sevgi yoxdur ki, hər iki tərəf bir-birini özünə tay kimi sevsin, hə? Sən necə bilirsən?

Fyodor Dostoyevski "Alçaldırılmış və təhqir edilmiş insanlar"



Sən də mənim qədər yaşasan başa düşərsən ki, qəddarlıqdır, xeyirxahlıqdır- bunlar elə eyni rəngin çalarlarıdır.

Xalid Hüseyn "Və dağlardan səda gəldi"



Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

Erix Mariya Remark "Zəfər Tağı"



Öz təcrübəmə əsasən deyə bilərəm ki, Tanrı günahkar bəndələrinin cəzasını verməyi bizlərə etibar edib. Amma əfsuslar olsun ki, bu işi lazım olduğu kimi həyata keçirmək çoxsaylı maneələrlə toqquşur. Lakin başqa yol yoxdur.

Aqata Kristi "On Zənci Balası"



Siz hələ çox cavansınız. Bunu yaxşı anlaya bilməzsiniz. Lakin bir müddətdən sonra günahın yükü sizi sıxmağa başlayacaq. Yük getdikcə ağırlaşacaq və görəcəksiniz ki, sizin ruhunuzun bütün gücü, enerjisi yalnız bu yükü daşımağa sərf olunur. Bax onda siz də mənim kimi beləcə sakit bir sahildə oturub hər şeyin sonunu gözləyəcəksiniz.

Aqata Kristi "On Zənci Balası"



Anam həmişə deyərdi ki, insan heç vaxt tamamilə bədbəxt olmur. Həbsxanada, səma qırmızıya boyanıb kameraya yeni günün işığı düşəndə başa düşdüm ki, anam haqlı imiş.

Albert Kamus"Yad"



İnsanlar da ağaclar kimidir. Onlar nə qədər yüksəklərə, işığa doğru can atırlarsa kökləri bir o qədər yerə, aşağı, qaranlıq və dərinliyə enir.

Nitşe "Zərdüşt belə deyirdi"



Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünnən daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; Bu etibarlı yükdür - hara gedirsən get - nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq.

Anar "Beşmərtəbəli evin altıncı mərtəbəsi"



Sizin səviyənizə enərək düşünməkdən başım çatlayacaq hardasa.

Douglas Adams



Ölmək yaşamağı bacarmayanlar üçün ən böyük kəşfdir. Açamağı barcaranlat isə öləndən sonra da yaşayacaqlar.

Rövşən Abdullaoğlu "Relslər üzərinə uzanmış adam"



Onun yaşadığı yerdə yaşamaq, onun kimi yaşamaq demək deyildi.

Sebahattin Ali "Kürk mantolu Madonna"



Əvvəl işıq var idi, sonra zülmət gəldi. Əvvəl zülmət var idi, sonra işıq gəldi... Biri var zülmətin içində işıq axtarasan, biri də var, işığın içində zülmət... Birincidə sən nikbin, sabahkı günə inanan bir insan ampluasında görünürsən. İkincidə isə sən mənən, ruhən ölmüş birisən...

Varis "Sənə inanıram"






[/hide]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
709 749 672 625 681 665

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.