Qazax sakini səhvən Ermənistan tərəfə keçib - TƏFƏRRÜAT -E
Qazax sakini səhvən Ermənistan tərəfə keçib.
Xezerxeber.az-ın məlumatına görə, Qazaxın Yuxarı Salahlı kənd sakini, 33 yaşlı Elvin İbrahimov dünən saat 8-də evdən çıxıb və geri dönməyib. Məlum olub ki, o, Qazax rayonu istiqamətində yolu azaraq düşmən tərəfinə, Noyenberyan rayonunun ərazisinə keçib.
Elvin düşmən hərbçiləri tərəfindən açılmış atəş nəticəsində ayağından yaralanıb. Araşdırmalar zamanı məlum olub ki, Elvin İbrahimov ruhi xəstədir, Qazax Rayonlararası Ruhi Xəstəxanasında qeydiyyatdadır və müalicə alır. Bunu Elvinin ailəsi də təsdiq edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, aidiyyəti beynəlxalq təşkilatlar Elvin İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edib. Elvin İbrahimovun azad edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib.