fidann

fidann Xəbərlər 24-03-2019, 18:29

Paytaxtın bu rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Paytaxtın bu rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
"Bu gün saat 11:00-dan 14:00-a qədər Xəzər rayonunun Buzovna (Albalılıq yaşayış sahəsi), Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".

LOADİNG.AZ xəbər verir ki, bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.

Qeyd edək ki, martın 22-də həmin qəsəbələrin digər ərazilərində də yenidənqurma işləri aparılıb.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla, ölkənin 10-dan artıq regionuna "Azərişığ"ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 346 332 336 381 308

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.