_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 25-03-2019, 11:11

Adi mobil telefonların satışı artacaq

Adi mobil telefonların satışı artacaq

Smartfon bazarından fərqli olaraq "feature phone" sinfinə (bir qayda olaraq düyməli interfeysə və "ağıllı" telefonlarla müqayisədə az sayda funksiyalar dəstinə malik mobil telefonlar) məxsus aparatların tədarük həcmi yüksəlməyə davam edir. "Counterpoint Research" şirkətinin analitikləri hesab edirlər ki, yaxın illərdə yüksəliş saxlanılacaq: 2019-cu ildə dünyada 400 milyondan çox adi mobil telefon satılacaq, 2021-ci ilədək isə bu göstərici 1 milyardı ötməlidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Hindistan, Yaxın Şərq və Afrika düyməli telefonlar bazarının əsas inkişaf regionları olacaq: 2019-cu ildə "feature phone" sinfinə məxsus qurğuların ümumi satış həcminin 75%-ni bu 3 region təmin edəcək.

"Counterpoint" şirkətinin qiymətləndirməsinə görə, 3 il ərzində düyməli aparatların satışından təxminən 16 milyard ABŞ dolları qazanılacaq.

"Feature phone" sinfinə məxsus qurğuların satışı üzrə lider Hindistan hesab edilir, növbəti yerlərdə Banqladeş və Nigeriya qərarlaşıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
615 606 601 545 534 513

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.