AVRO-2020-nin seçmə qrup mərhələsinin oyunları davam edir.
Bu gün A, B və H qruplarında ikinci tura yekun vurulacaq.
A qrupunda ilk matçına çıxacaq Kosovo Bolqarıstanı, Monteneqro İngiltərəni qəbul edəcək.
B qrupunda Portuqaliya ilk qələbəsini Serbiya ilə görüşdə qazanmaq əzmindədi. Ukrayna isə ilk turdan sonra liderliyə yüksələn Lüksemburqun qonağı olacaq.
Türkiyə millisi H qrupunda Moldova ilə, qrupun favoriti Fransa İslandiya ilə qarşılaşacaq. İlk turda uduzan Albaniya isə Andorranın qonağı olacaq.
Seçmə mərhələdə II tura martın 26-da yekun vurulacaq.