_Yene_Tenha_

_Yene_Tenha_ İdman 25-03-2019, 17:11

Azərbaycan Litvaya qarşı

Azərbaycan Litvaya qarşı

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

AVRO-2020-nin seçmə mərhələsinin II turunda istirahət edən yığmamız Litva ilə yoxlama görüşündə üz-üzə gələcək. Bu, komandamızın 2019-cu ildə ikinci görüşü olacaq.

Millimiz həm də, yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoldaşlıq görüşünə çıxacaq. Onun rəhbərliyi altında ilk oyununu 4 gün öncə Zaqrebdə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində keçirən yığmamız meydandan məğlub ayrılmışdı - 1:2.

Komandamız Litva ilə üçüncü dəfə qarşılaşacaq. 1998-ci ildə rəqibini 2:1 hesabı ilə məğlub edən təmsilçimiz 2008-ci ildə 0:1 hesabı ilə uduzub.

Yoxlama oyunu

25 mart

18:00. Azərbaycan - Litva

Bakı. Bakcell Arena. Baş hakim: Fesnik Horatiu (Rumıniya)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
647 629 573 530 573 650

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.