_Yene_Tenha_

_Yene_Tenha_ Məşhurlar 29-03-2019, 21:00

Mel Gibson çəkildiyi filmin yayımlanmasını istəmir

Mel Gibson çəkildiyi filmin yayımlanmasını istəmir
Mel Gibson Şon Penlə baş rolda oynadığı "Dəli və dahi" filminin yayımlanmağını istəmir.

Buna onun filmi çəkən şirkətlə arasında yaranan problem səbəb olub.

Belə ki, şirkət aktyorla arasında imzalanan müqavilənin şərtlərinə əməl etməyib. Üstəlik, filmin təsdiqlənməmiş versiyası Kann Kinofestivalında satışa çıxarılıb.

Digər iddia isə Gibsonun filmdən daha çox qonorar almaq istəməsi ilə bağlıdır. Ancaq yayım haqları "Voltage Pictures" şirkətində olan film artıq kinoteatrlara kirayə verilib.

Qeyd edək ki, "Dəli və dahi" filmi Oksfordda ingilis dili lüğətinin yaranmasından bəhs edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 423 491 418 436 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.