Esmeralda

Esmeralda --- 31-03-2019, 17:45

Kazbek" mahnısına görə nazirə və baş prokurora müraciət edildi

Kazbek" mahnısına görə nazirə və baş prokurora müraciət edildi
Millət vəkili Fazil Mustafa “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, deputat mahnıya video çəkənlərin, narkomaniyanı təbliğ edən meyxananı səsləndirənlərin və mahnıya rəqs edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış edib:

“Bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rağmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. Kim bu videonu bəyənmişsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək.. Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı…Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
298 317 299 318 339 253

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.