Sən demə ömürlük getdi bu dəfə

Bu yolda həsrətə ayaq ilişdi,
Budrəyib bu yolu keçdim birtəhər.
Sən gedən o gündən hər şey dəyişdi,
İndi bir ayrı cür açılır səhər..
Buda bir yazılmış qismətdir demək,
Silindim sevginin mənzərəsindən.
Doluşur içəri həsrətli külək
Dagılmış mənzilin pəncərəsindən..
Həyatda hər şeyin olur bədəli,
İndi o bədəldir, izimdən gəlir.
Ən gözəl günləri yaşamışıq biz,
O həmin günlərdir, gözümdən gəlir..
Yazdıgım seiri, yazdıgım sözü
Cırıb tullamaga əlim də gəlmir.
Səndən də qürurlu olmuşam daha,
Bagışla deməyə dilim də gəlmir..
Fərz elə anladım mən bunu bu gün,
Sən məni fərz elə atdın dünəndən.
Mən onu özgəyə verdiyim üçün
Ürək də inciyib, küsübdü məndən..
Yaşanan hər şeydən qaçıram hərdən,
Puç olan ömrümlə qarşılaşıram.
Hər seir yazanda dilimdə sənsən,
Bagışla arxanca çox danışıram..
Gözlədim gün gələr, qədrimi bilər,
Beləcə gözümdən itdi bu dəfə.
Düşündüm haçansa qayıdar, gələr,
Sən demə ömürlük getdi bu dəfə...

Budrəyib bu yolu keçdim birtəhər.
Sən gedən o gündən hər şey dəyişdi,
İndi bir ayrı cür açılır səhər..
Buda bir yazılmış qismətdir demək,
Silindim sevginin mənzərəsindən.
Doluşur içəri həsrətli külək
Dagılmış mənzilin pəncərəsindən..
Həyatda hər şeyin olur bədəli,
İndi o bədəldir, izimdən gəlir.
Ən gözəl günləri yaşamışıq biz,
O həmin günlərdir, gözümdən gəlir..
Yazdıgım seiri, yazdıgım sözü
Cırıb tullamaga əlim də gəlmir.
Səndən də qürurlu olmuşam daha,
Bagışla deməyə dilim də gəlmir..
Fərz elə anladım mən bunu bu gün,
Sən məni fərz elə atdın dünəndən.
Mən onu özgəyə verdiyim üçün
Ürək də inciyib, küsübdü məndən..
Yaşanan hər şeydən qaçıram hərdən,
Puç olan ömrümlə qarşılaşıram.
Hər seir yazanda dilimdə sənsən,
Bagışla arxanca çox danışıram..
Gözlədim gün gələr, qədrimi bilər,
Beləcə gözümdən itdi bu dəfə.
Düşündüm haçansa qayıdar, gələr,
Sən demə ömürlük getdi bu dəfə...







