_Yene_Tenha_

_Yene_Tenha_ Xəbərlər 2-04-2019, 20:30

İsraildə “Eurovision” gərginliyi - Pul çatmır

İsraildə “Eurovision” gərginliyi - Pul çatmır
"Eurovision - 2019" mahnı müsabiqəsinin keçiriləcəyi Təl-Əviv Sərgi Mərkəzində dekorasiya qurlaşdırılması dayandırılıb.

Buna səbəb maliyyə çatışmazlığıdır. Artıq ölkənin ictimali kanalının (KAN) rəhbəri Elad Koblenz 4 nazirliyə yarım üçün məktub ünvalayıb.

KAN bildirib ki, əslində, kanal 4 dövlət qurumu və polis akademiyası ilə əməkdaşlıq edir, lakin əldə olunan gəlirin müəyyən hissəsi nazirliklərə ötürülür.

Bundan əlavə, kanal Təhlükəsizlik Xidməti ilə müqavilənin pozulduğunu da elan edib. Belə ki, qurum yarışmanın təhlükəsizliyini qorumayacaq.

Hətta Avropa Yayım Birliyi (EBU) mövzu barədə İsrailin baş naziri Benjamin Netanyahuya müraciət edib.

EBU qeyd edib ki, layihənin hazırlıqlarında gecikmələr var və bu maliyyə ilə bağlıdır. Həmçinin, məktubda Təl-Əvivdə iştirakçılar və deleqasiya üzvlərinin təhlükəsizliyinin təmin oluması məsələsi də vurğulanıb.

Eyni zamanda, səhnənin kiçik olması da ölkə deleqasiyalarını hərəkətə keçirib. Belə ki, böyük səhnə üçün nəzərdə tutulan ulduzların xareoqrafiyası dəyişdirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
341 404 297 345 324 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.