_Yene_Tenha_

_Yene_Tenha_ Məşhurlar 3-04-2019, 18:43

Burak Özçivitlə Engin arasında "soyuq küləklər əsir"

Burak Özçivitlə Engin arasında "soyuq küləklər əsir"
Növbəti mövsümdə "Diriliş Ertuğrul"un davamı olacaq "Diriliş Osman"da baş rol oynayacaq aktyor Burak Özçivitlə hazırda ekran işində yer alan Engin Altan Düzyatan arasında soyuq küləklər əsir.

Burak səsverməyə gedən zaman eyni məkanda olan həmkarına salam verməyib. Hətta Özçivit onu görməməzlikdən gəlib.

Medianın diqqətindən qaçmayan bu məqam qısa vaxtda xəbər portallarının manşetini bəzəyib. Eyni məktəbdə səs verən Özçivit və Engininin küsülü olduğu bildirilib.

Burakın Düzyatanı görən kimi telefonla oynamağa başlaması sualların meydana gəlməsinə səbəb olub. Özçivit məsələyə münasibət bildirib.

"Engin qardaşım gözəl və bacarıqlı iş ortaya çıxarır. Onu harada görsəm, salam da verərəm, söhbət də edərəm. Bizim aramızda belə hal yaşana bilməz" deyə, Burak açıqlamasında deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
511 454 475 445 509 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.