amon

amon Sevgi 25-07-2016, 16:12

Yarım olan xoşbəxtlik

Yarım olan xoşbəxtlik
Yarım olan xoşbəxtlik

Eşitdim həyatında hər şey qaydasındadır. Xəyal etdiyin kimi, iki oğlun var. Eşitdim ki, birdə qızın olacaq. O çoox gözəl olacaq. Sənin istədiyin kimi. Göylər gözəlliyi qədər gözəlliyi olan bir xanımın var. Dəniz kimi mavi gözlüdür o. Sən istədiyin kimidir. Az danışır və həmişə gülümsəyir. Elə şadam ki, hansımızdansa birinin arzuları həyata keçib.
Mən? Mən isə yaxşıyam. Söz veridyim kimi yaşayıram. Çox şeyi arzu edirəm, çox şeyləri unuda bilmirəm. Sevmək? Yox. Mən heçkimi sevmirəm. Heç gözləmirəmdə. Arzu etdiklərim çoxdur. Amma nə yalan deyim? Sənin kimisi yoxdur. Nadir halda sən yadıma düşürsən. Amma gizləməyəcəm. Dünən gecə birdən yadıma düşdün. Tez oyandım. Artıq hava ağarırdı, nə vaxtsa bu vaxta qədər söhbət etmişdik yadında? Hə. MƏn oyandım. Ə ətiri hiss etdim və oyandım. Qəlbimi ağrıdan o ətir məni oyatdı. Mənə çox əziz olan o ətir, sənin ətirin. Ay Allah....neecədə darıxmışam. Qulağlarımda sənin səsin, "sevirəm, əzizim darıxıram".
Bu qədər vaxt keçib. Niyə məs bu gün? Niyə məs bü gün yadımda düşdün. Səni istəyirəm. Sənə toxunmaq istəyirəm. Əllərinin qoxsunu içimə çəkmək...Ooff...Niyə məs bu gün?
6:00. Səhər. O vaxtdan bəri, telefonda sənin zənginıə qoyduğum melodiyanı dəyişməmişəm. Ona görədə, öz telefonumdan çoxdandı eşidmirdim bu musiqini. Maşınla gedirdim, bu melodiya kiminsə maşınından gəlirdi. Telefonumun ekranına baxdım. Amma heçnə yox idi. Məs bu gün mən o melodiyanı yenə duydum, sənin ətirinlə birlikdə. Aman Allah....Ola bilməz! Telefonun ekranında......o melodiya?...Sənin adın...Allahım, niyə məs bu gün? Bizim melodiyamız, həmdə mənim telefonumda...
-Alo.
-Salam, əzizim.
-?
-Bilirsən, hər şey mən arzu ediyim kimidir. Mənim iki oğlum var. Dəniz kimi mavi gözlü xanımım. O çox az danışır, həmişə gülümsəyir. O, bu dünyada ən incə insandır bəlkədə. Nadir halda səni düşünürəm. Amma nə yalan deyim? düşünürəm. Və həyatımda çox insan olub. Yalan deməyəm, sənin kimisi yoxdur. Və o, mənim dəniz gözlüm, mən susanda məni dinləmir, onu qucağlayanda isə sənin kimi əsmir, o gözləri ilə danışmır mənimlə. Və o, bizim melodyamıza nifrət edir. Amma mən onu beləcə sevirəm və 40 dəqiqə əvvəl bizim qızımız oldu. Onun adı....
Telefonda öz adımı eşitdim...Sonra isə qısa telefon qudoku.....

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
824 737 627 739 733 745

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.