HASANLY

HASANLY Məşhurlar 17-04-2019, 13:50

"Həyatımda sevdiyim bir nəfər olub, onu da..." - "Bozbash"ın "Şirin"i

"Həyatımda sevdiyim bir nəfər olub, onu da..." - "Bozbash"ın "Şirin"i
“Bozbash Pictures” serialındakı “Şirin” obrazı ilə məşhurlaşan aktyor Nicat Rəhimovun Axşam.az-a əyləncəli müsahibəsini təqdim edirik:

– İndiyədək eşitdiyiniz ən yaxşı kompliment hansıdı?

– Yadımda qalmayıb.

– Qarşı cinsdən olsaydınız, özünüzlə sevgili olardınız?

– Olardım, nə olub ki, mənə? Gül kimi oğlanam.

– Sevgiliniz olanda, başqa biri ilə danışmısınız?

– Həyatımda sevdiyim bir nəfər olub. Ömrü boyu da onu sevəcəm. O, mənim həyat yoldaşımdır.

– Qarşı cinsdən gözləntiniz nələrdir?

– Hansı qarşı cinsdən?

– Neçə qarşı cins var?

– Qadınları deyirsiniz? Qadınlar güldür, çiçəkdir. Onlarsız heçnəyik.

– Sizcə, gedən itirir yoxsa, qalan?

– Məncə, gedən itirir.

– Qeybət edirsiniz?

– “Qeybət olmasın” deyə, bir söz var. Əslində, sevmirəm. Yanımda qeybət edənlərə yaxşı baxmıram. Amma sözgəlişi arada danışdıqlarımız qeybət kimi çıxır.

– Hansı orqanınızdan vaz keçərsiniz?

– Heç birindən

– Bəs, sizcə, ən güclü orqanınız hansıdır?

– Ürəyim.

– Ürəyiniz dayansa, əzrayılı görsəniz, nə edərsiniz?


– Qorxaram.

– Reallaşdırdıqlarınız günah sayılmasa, qorxmasanız, nələr etmək istəyərdiniz?

– Bir-iki nəfər var. Onları öldürərəm.

– Ən sevmədiyiniz qoxu hansıdır?

– Meyit qoxusudur. Çox dəhşətdir.

– Corabınızı dəyişdirəndə iyləyirsiniz?

– Hər gün corabımı dəyişdirirəm deyə, iy gəlmir.

– İndiyədək etdiyiniz ən cəsarətli addım hansıdır?

– Sənətimlə bağlı hədəflərimə çatmaq üçün cəsarətli addımlar atmışam.

– Hansı məşhur olmaq istəyərdiniz?

– Dayım Yaşar Nuri olmaq istəyərdim.

– Ən böyük fantaziyanız nədir?

– Film çəkməkdir – həm rejissoru, həm də aktyoru olmaq.

– Neçə yaşında olmaq istəyərdiniz?

– 15 yaşımda olmaq istəyərdim.

– 15 yaşlı və hazırki Nicatın ən böyük qorxusu nədir?

– Ölüm.

– Üç sözlə özünüzü ifadə edin.

– Səmimi, fədakər, düzgün.

– Əlinizdə dəlilik kağızı olsa, neyləyərsiniz?

– Özünü dəli kimi aparan insanların qarşısında dəlilik edərdim.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
513 545 472 462 490 480

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.