♥Мой Мир♥

♥Мой Мир♥ Bürclər 26-07-2016, 11:00

Günün qoroskopu (26.07.2016)

Günün qoroskopu (26.07.2016)
Günün qoroskopu (26.07.2016)

QOÇ - Qarşınızda duran bu təqvimi istirahətə, qonaqlıqlara həsr edin. Çünki bu amil ovqatınızı yüksəldə bilər. Bacardığınız qədər fəaliyyətə az yer ayırın. Qida rasionunuza xüsusi fikir verin.

BUĞA
- Günün birinci yarısında diqqətli və tədbirli olmağınız vacibdir. Əks təqdirdə əsəbləriniz tarıma çəkiləcək. Sonrakı müddətdə isə qəlbinizə yaxın olanlar sizi sevindirəcək.

ƏKİZLƏR
- Əlamətdar gün hesab etmək olar. Təxminən saat 12-dən başlayaraq proseslər xeyrinizə cərəyan edəcək. İstər fəaliyyət zəminində, istərsə də maddi məsələlərdə hər şey xeyrinizə olacaq.

XƏRÇƏNG
- Təzadlı və riskli gündür. Lakin narahat olmağa dəyməz. Çünki Göy qübbəsi maraqlı sövdələşmələrdə iştirakınızdan xəbər verir. Amma nəzərə alın ki, səhər saat 08:31-dən mənfi enerjili Ay bürcünüzdədir.

ŞİR
- Həmkarlarınızla aranızda gərginlik baş qaldırsa da, şəxsi münasibətlərdə, xüsusən də ailə-sevgi əlaqələrində vəziyyət xeyrinizə olacaq. Deməli, seçim məsələsində diqqətli olmalısınız.

QIZ
- Həddindən ziyadə anlaşılmaz gündür. Ulduzların nəzarətindən çıxdığınızdan hər cür xoşagəlməzlik mümkündür. Ona görə də səhhətdən tutmuş fəaliyyətə qədər bütün sahələrdə qorunmalısınız.

TƏRƏZİ
- Riskli gündür. Buna görə də gözünüzü yumub irəli getməməli, ən xırda detalları belə yüz yol ölçüb-biçməlisiniz. Səhhətinizlə bağlı problemləriniz də mümkündür.

ƏQRƏB
- Müəyyən qədər gərginliklə rastlaşma ehtimalınız var. Ələlxüsus da iş yoldaşlarınızla qalmaqallarınız qaçılmazdır. Bacardığınız qədər hövsələli olun. Nüfuzlu adamlarla görüşləri təxirə salmayın.

OXATAN
- Çalışın ki, ixtiyarınızda olan bu təqvimi daha çox hisslər üzərində qurasınız. Ailə-sevgi münasibətlərində, eləcə də işgüzar sövdələşmələrdə uğurlu gedişlər edə bilərsiniz.

OĞLAQ
- Yaxşı olar ki, pulla bağlı bütün planlarınızı təxirə salasınız. Çünki ulduzların düzümü maliyyə uğursuzluğundan xəbər verir. Riskdən və günvurmadan da qorunmağınız məsləhətdir.

SUTÖKƏN
- Ötən günlərdə rastlaşdığınız gərginlik və xoşagəlməz situasiyalar aradan qalxacaq. Odur ki, özünüzü bədhal göstərməyin. Qoy ətrafdakılar sizi nikbin görsün. Qonaq getmək də uğurludur.

BALIQLAR
- Ulduzlar uğurlu məqamlar yaşayacağınızdan xəbər verir. Stress gətirən söhbət və mövzulardan uzaq olun. Saat 14-17 arası uğurlu əməkdaşlığınız və varlanacağınız mümkündür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
737 685 637 634 630 658

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.