♥Мой Мир♥

♥Мой Мир♥ Mətbəx 26-07-2016, 11:00

Xurmalı Şəkərparə

Xurmalı Şəkərparə
Xurmalı Şəkərparə

Tərkibi (4-6 pay):

250 q yağ
1 yumurta + 1 yumurtanın ağı
1 x.q. şəkər tozu
1-2 x.q. su
aldığı qədər un
1 paket qabartma tozu
1 paket vanilli şəkər tozu

Üzərinə:

xurma
1 yumurtanın sarısı

Şərbət:

3,5 st. su
3,5 st. şəkər tozu
1 limonun şirəsi

Öncə şərbəti hazırlayın:
Su ilə şəkər tozunu qarışdırıb qaynadın, limon şirəsi əlavə edib ocaqdan götürün. Soyudun.
Otaq temperaturundakı kərə yağı, yumurta, şəkər tozu və suyu bir qabda qarışdırın. Un, vanil və qabartma tozunu qarışdırıb əlavə edin. Yumşaq xəmir yoğurun.
Xəmirdən qoz boyda kündələr tutub oval formaya salın, perqament döşənmiş siniyə düzün.
Xurmaları uzununa iki bölüb dənəsini çıxarın. Hər kündənin üzərinə yarım xurma qoyub azca basın (formasını pozmayın).
Üzərinə çalınmış yumurta sarısı çəkin. 175 dərəcə qızdırılmış sobada bişirin.
Sobadan çıxarandan 3-4 dəqiqə sonra soyumuş şərbətin içinə qoyun. Şərbəti hopdurandan sonra buluda yığıb süfrəyə verin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
656 677 679 574 529 656

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.