Ehmedzade

Ehmedzade Hekayələr 27-05-2019, 10:00

Salam uşaqlığım

Salam uşaqlığım

Salam uşaqlığım,
Burlara hərdən gəlirəm mən
Heç bilmirəm başlayım hardan
Elə başlayacam lap əvvəldən
Dünya ya gəldiyim gündən,
Qaranlıq bir dünyadan,
Anamın cənnət qollarında
Davam edən həyatımdan.
Sən indi məni tanımırsan
Çünki sən hələ balacasan
Xahiş edirəm elə orda qal
Yanıma gəlsən qocalacaqsan
Necəsən uşaqlığım?
Kim incidib səni bu günə kimi?
Danış mənə həyatını
Danış sonra mən danışım...
Niyə ağlayırsan uşaqlığım?
Atan hara gedib?
Həə qorxma bilirəm
Sənə yeni oyuncaqlar almağa gedib
Gireylənmə Məsum vaxtından
Bahar çağından
Qayıtmayacaq bu günlər bir də geri
Bilirəm öz həyatımdan
Ağlama xahiş edirəm
Həyatda çox ağladacaqlar səni
Sən insanlara təmiz ürəklə sevgi bəsləyəcəksən
Onlar sevgiyə layiq bilməyəcəklər səni
Sən yaxşılıq edəcəksən həmişə
Onlar fürsət bilib istifadə edəcəklər səni...
Qırılan oyuncaqlarına baxıb ağlama
Zamanla Tanrı alacaq əzizlərini
Qanayan dizlərinə mən məlhəm olum
Qurban olum ağlama
Bilmirsən ürək yarası nədir
Həyatda çox yarayacaqlar səni...
Dostlar incitdi səni?
Bunlar boş şeydi, sən hələ həyatı bilmirsən
Üzünə gülüb arxanca bıçaqlayacaqlar səni...
Allah'a "baba" demə...! Hər kəs bir cür tanıdacaq sənə Allahı
Ona ürəydən inan, dua et hər zaman,
O əbədi qoruyacaq, çünki çox sevir seni... Böyüməyə tələsmə,
Böyüdümdə nə etdim mən?
Çox güvəndim, inandım, axır da tək qaldım mən.
Məsum gülüşünü üzündən əksik etmə
Böyüyüncə çox ağladacaqlar səni
Yox yox! İnanma cizgi filmlərindəki nağıllara
Həyatında da çox nağıl danışıb
Həqiqətdən uzaqlaşdırmaq istəyəcəklər səni
Yıxılmısan haran əzildi?
Narahat olma sağalacaq
Bu həyatda bilə bilə yıxılasan deyə itələyəcəklər səni
Qorxma uşaqlığım, nədən qorxursan?
Həyat belədir bir gün ağladır bir gün güldürür səni
Dayan uşaqlığım dayan getmə heç kimin arxasıyca
Qərarlarına hörmət elə, ağlama heç kimin ardıyca...
Gəl sənə sarılım uşaqlığım
İcazə ver #QanadsızMələyim qanadların çıxsın,
Sən uçanda səmada ulduzlara
Heç kimim əli sənə çatmasın...

Salam uşaqlığım


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
658 657 582 635 620 579

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.