Love Angel

Love Angel Sevgi 2-06-2019, 18:12

Axı niyə yazım?

Axı niyə yazım?
Ay dostlar, mən artıq yazmayacağam
Axı niyə yazım bu şeirləri?!
O söz veribsə ki, oxumayacağam,
Neynirəm yazmağı onsuz günləri?!

***
Axı niyə yazım? Bir gün qayıdacaq…
Guya ki nə vaxtsa sevəcək məni?
Artıq düşürəm mən, son dayanacaq
Gedirəm piyada axtarma məni.

***
Axı niyə yazım?! Tək sevən mənəm?
Bəlkə, fikirləşir başqa insanı
Sevdiyim o günə nifrət edirəm,
Mənsə düşünürdüm onlu hər anı

***
Axı niyə yazım?! İnanmır mənə
Hər gün deyərdim ki, sevirəm səni!
Sözlər qarşısından qayıdıb, yenə,
“Niyə?” sualı dəli edərdi məni

***
Axı niyə yazım?! Deyim, biləsiz
Çünki sevirəm mən, ağılsız təki,
O xoşbəxt OLACAQ desələr sənsiz,
Mən olmasam da, qoy, o OLSUN təki!

Hilal Məmmədov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
649 657 600 704 622 612

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.