Mətanətin qızı AĞIR QƏZAya düşdü: gözü cırıldı - Maşın TIR-la toqquşub

Mətanətin qızı AĞIR QƏZAya düşdü: gözü cırıldı - Maşın TIR-la toqquşub
Əməkdar artist Mətanət İsgəndərlinin qızı ağır avtomobil qəzası keçirib.

Loading.Az milli.az-a istinadla xəbər verir ki, xanım sənətçi "Hər şey daxil"də qızının qəza xəbərindən danışıb.

Mətanət İsgəndərli ailə üzvlərinin qızının qəzaya düşmə xəbərini ondan gizlətdiklərini qeyd edib:

"Atam, bacım, gəlinimiz, Kərim bilirdi. Hətta məndən gizlin gedib qurban kəsiblər. Mənə deməyiblər!

Mənim balam oradan sağ çıxıb. Qızım qabaqda oturub. Amma sürücüyə heç nə olmayıb. Kürəkənimin dostunun yoldaşı olub sükan arxasında. Antalyaya gedirlərmiş. Böyük yük maşını, TIR-lardan olub, bunlar da 140-la gedirmiş. Gəlib vurub Ülkər tərəfdən. Qız maşın sürə-sürə "Redbull" açırmış. Qızım özü də sürücüdür. 14 ildir də maşın sürür. Deyir "Bəlkə də Allah məni saxladı".

Yuxlarım... Sonra deyirlər ki, yuxular düz deyil. Yuxumda gördüm ki, qara it üstümə gəldi. Həmin ərəfədə Ülkər qəzaya düşüb. Nə şar açılıb, nə də kəməri bağlı olub. Gözü buradan (kipriklə qaşın arasını göstərir) cırılmışdı. Göz qapağı gəlib gözün altına düşmüşdü.

Neçə vaxtdır görürəm mənimlə görüntülü danışmır. Deyirəm "Ay Ülkər, məmnimlə niyə görüntülü danışmırsan?" Cavab verirdi ki, "Telefonum xarab olub". Deməli, uşağın üzü-gözü nə gündə. Gözünü əməliyyat ediblər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
398 451 369 473 377 434

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.