HASANLY

HASANLY Xəbərlər 10-06-2019, 16:42

Saxta şassi nömrəsi olan avtomobil saxlanıldı

Saxta şassi nömrəsi olan avtomobil saxlanıldı
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə sənədlərdən aldatma yolu ilə istifadə edərək ölkə ərazisinə "Land Rover Discovery" markalı nəqliyyat vasitəsinin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sənədlərdə 2014 -cü il buraxılışlı göstərilən şassi nömrəsi "SALLAAAM6EA727547" olan "Land Rover Discovery" markalı avtonəqliyyat vasitəsinin olduğu yer müəyyən edilib və saxlanılıb. Üzərindəki şassi və ban nömrəsinin saxta olması şübhə doğurduğu üçün xüsusi texniki vasitələrlə avtomobil yoxlanılıb. "Land Rover Discovery" markalı avtonəqliyyat vasitəsinə texniki və diaqnostik baxış həyata keçirildikdən sonra həmin nəqliyyat vasitəsinin buraxılış ilinin 2015-ci il, qanuni şassi nömrənin "SALLAAAF6FA732079" olduğu müəyyən edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
458 442 417 445 431 415

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.