Bitməz demişdin bitdi. Getmərəm demişdin getdin
Necə olmayasan ki…?? Ən çox da gecələr. Gecə olunca qaldır başını bax bir səmaya. Neçə baxışım qaldı orda. İlk dəfə sənsizliyin soyuqluğunu bu gecə mahnı sözləri bağladı. Bu şəhər də tapa bilmədiyim hər nədirsə o səndə idi. Gün gəldi səndə susdun…
Susmuşdunul ya səndə digərləri kimi. Səndə digərləri kimi görməməzlikdənmi gəlirdin acılarımı?
Nə dərman ola bildin ağrıyan dilimə nə də qəhrəman idin hekayəmə. Mən səni harda olursan ol, sevdim. Səni ilk dəfə mənim üçün qələmi əlinə alıb yazdığın məktublar qədər sevdim.
Səni ümidsizcə qurduğum xəyallar qədər sevdim. Gözlərinin içindəki gülüşü sevdim. Yalnız bir bədənin yaşamaq üçün məcbur olduğu bir ruha hiss etdiyi Ehtirasla sevdim. Səndə məni belə sevmişdin ?
Səndən Sonra Həyat. Sənin kimi baxıram artıq həyat deyilən oyuna. Aynada əksim sanki gün keçdikcə sənləşir bir az daha. Ürəyimdə bir iz buraxdın Böyük. İz deyirəm buraxdığın hər xatirəyə. Ruhum danışır mən susuram. Ağlamağa başlayıram. Hıçqırıqlara boğuluram. Səni yanımda tapmıram. Sadəcə susuram....
Gedən sizin səhvləriniz üçün gedirsə, onu saxlayarsız?







