Minsk-2019: Azərbaycan boksçusu belaruslu rəqibini məğlub edib
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kişi boksçuların yarışlarında 1/8 final mərhələsinin son döyüşlərinə start verilib.
Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən dəri əlcək sahibləri 1/4 finala vəsiqələr uğrunda döyüşlərə başlayıb.
Azərbaycan yığmasının üzvü Alfonso Dominqes “Ureçye Arena”da ikinci döyüşünə çıxıb. O, belaruslu Mixail Dauhalyavetslə üz-üzə gəlib. 5:0 hesabı ilə qalib gələn təmsilçimiz növbəti mərhələyə yüksəlib.
O, 1/4 finalda çexiyalı İrji Muzikə qalib gələn belçikalı Ziad El Mohurla üz-üzə gələcək. Bu görüş sabah baş tutacaq.
Qeyd edək ki, yarışa 11 idmançı ilə yollanan Azərbaycan yığmasının dörd boksçusu 1/4 finala yüksəlib. A. Dominqesə qədər Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (60 kq) və Lorenzo Sotomayor (69 kq) da bu hüquqa yiyələnib.